İtaliya Prezidenti Sercio Mattarella AŞPA-nın yaz sessiyasında çıxış edib
AzerTAg.az

Roma, 27 aprel, AZƏRTAC
İtaliya Respublikasının Prezidenti Sercio Mattarella Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası çərçivəsində parlamentarilər qarşısında çıxış edib.
AZƏRTAC xəbər verir ki, iyirmi dəqiqəlik çıxışı zamanı Sercio Mattarella Rusiya-Ukrayna gərginliyinə toxunub, sonra baş verənlərə münasibət bildirib. O, qitə ölkələri arasında birləşdirici rolun getdikcə daha da vacibliyini vurğulayıb, Avropa İttifaqı tərəfindən Rusiyaya qarşı qəbul edilmiş sanksiyalara görə məsuliyyətin tamamilə rəsmi Moskvanın üzərinə düşdüyünü deyib.
İtaliya Prezidenti Ukrayna xalqının yanında olduqlarını, qaçqınların qəbulunda fəal həmrəylik nümayiş etdirdiklərini bildirib.
Sercio Mattarella pandemiya dövründə beynəlxalq əməkdaşlığın əhəmiyyətini qeyd edərək deyib: “COVID hələ də bizimlədir. Lakin biz onunla mübarizə aparmağı öyrənmişik”.
İtaliya Prezidenti daha sonra parlamentarilərin suallarını da cavablandırıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
Xəbərin mətnində orfoqrafik səhv var