İDMAN


İtaliya Super kuboku: “Milan”, yoxsa “Yuventus”?

Bakı, 16 yanvar, AZƏRTAC

Yanvarın 16-da futbol üzrə İtaliya Superkubokunun final görüşü keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Səudiyyə Ərəbistanının Ciddə şəhərində təşkil olunacaq görüşdə son İtaliya çempionu “Yuventus” və ölkə kubokunun finalçısı “Milan” klubları üz-üzə gələcəklər.

Bu komandalar ümumilikdə 174 dəfə qarşılaşıblar. Onların 65-də “Yuventus”, 49 dəfə isə “Milan” komandası qalib gəlib. Komandalar İtaliya Superkuboku turnirində 2 dəfə qarşılaşıblar. Onların birində “Milan” (2003-cü il), digərində isə turinlilər (2016-cı il) qalib ayrılıb.

“King Abdulla Sport City” stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:30 başlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.