İDMAN
İtaliya - İspaniya oyununun ən yaxşı futbolçusu bəlli oldu
Bakı, 7 iyul, Nicat Məmmədov, AZƏRTAC
Futbol üzrə Avropa çempionatının yarımfinal mərhələsində baş tutan İtaliya və İspaniya oyununun ən yaxşı futbolçusu məlum olub.
AZƏRTAC xəbər verir ki, matçın ən yaxşı oyunçusu İtaliya millisinin futbolçusu Federik Kieza seçilib.
Qeyd edək ki, Federik Kieza oyunun 60-cı dəqiqədə hesabı açıb. O, qapıçı Donnarummanın başladığı sürətli əks-hücumu cərimə meydançasından kənardan vurduğu baxımlı zərbə ilə dəqiq tamamlayıb.
Londonun “Uembli” stadionunda keçirilmiş qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Qalibi müəyyənləşdirmək üçün təyin olunan 11 metrlik cərimə zərbələri seriyasını daha dəqiq yerinə yetirən İtaliya komandası çempionatın ilk finalçısı olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [13:59]
“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə yarışacaq
- 23.04.2024 [13:44]
Avropa çempionatının oyunlarını idarə edəcək hakimlər açıqlanıb
- 23.04.2024 [13:00]
Azərbaycan və Baham adaları bədii gimnastika sahəsində əməkdaşlığa başlayır
- 23.04.2024 [12:12]
Şahmat üzrə Azərbaycan çempionatında ilk finalçı məlum olub
- 23.04.2024 [11:53]
“Azərreyl”in voleybolçusu: Meydanda əsl xarakter nümayiş etdirdik
- 23.04.2024 [11:20]