DÜNYA


İtaliya boulinq üzrə dünya çempionatının qalibi olub

Roma, 6 dekabr, AZƏRTAC

Çinin Honkonq xüsusi inzibati ərazisində keçirilən boulinq üzrə dünya çempionatı başa çatıb.

AZƏRTAC xəbər verir ki, finalda ABŞ kollektivini 2:0 hesabı ilə məğlubiyyətə uğradan İtaliya komandası tarixində ilk dəfə dünya kubokunu qazanıb.

İtaliya Milli Olimpiya Komitəsinin rəhbəri Covanni Malaqo qazanılmış tarixi uğurla bağlı hisslərini bölüşərək deyib: " İtaliya komandasının ABŞ üzərində qazandığı tarixi qələbə ilə qürur duyuram. Stefano Rossinin rəhbərlik etdiyi Boulinq Federasiyasını və baş məşqçi Brandolinin fantastik komandasını təbrik edirəm".

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.