İDMAN


İtaliya çempionatında “qızıl oyun” qaydası tətbiq olunacaq

Bakı, 29 iyun, AZƏRTAC

Gələn mövsümdən etibarən İtaliyanın futbol üzrə “A” Seriyasında eyni xal toplayan komandaların çempionluğunun əlavə oyunla müəyyən olunacağı “qızıl oyun” qaydası tətbiq ediləcək.

AZƏRTAC İtaliya mediasına istinadla xəbər verir ki, Milli Futbol Federasiyası ölkə çempionatının reqlamentində bəzi dəyişiklikləri təsdiqləyib. Onların arasında çempionluğa iddialı komandaların xallarının bərabər olduğu təqdirdə oynanılacaq “qızıl oyun” qaydasının tətbiqi də yer alıb.

Eyni zamanda, “qızıl oyunun” İtaliya versiyasının formatına əlavə vaxt daxil edilməyib. Belə ki, 90 dəqiqədən sonra nəticə heç-heçə olarsa, komandalar dərhal penaltilər seriyasına keçəcək. Yenilik yalnız İtaliya çempionunun müəyyənləşməsi üçün istifadə olunacaq.

Bundan başqa, İtaliya Futbol Federasiyası milli çempionatda oyun ərzində daimi olaraq beş əvəzetməyə icazə verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.