DÜNYA


İtaliya ənənəvi espresso qəhvəsini UNESKO-nun mədəni irs siyahısına daxil etməyə hazırlaşır

Roma, 13 dekabr, AZƏRTAC 

İtaliya hökuməti ənənəvi espresso qəhvəsini UNESKO-nun qeyri-maddi mədəni irsi kimi qeydiyyata salmağa hazırlaşır.

AZƏRTAC xəbər verir ki, UNESKO hələ 2017-ci ildə Neapol pizzasını sözügedən siyahıya daxil etdikdən sonra İtaliya hökuməti eyni addımı qəhvə üçün də atmağı düşünürdü. Lakin burada əsas məqam qəhvənin özü yox, onun məhz italyansayağı hazırlanması nəzərdə tutulub.

İtalyanlar demək olar ki, hər gün ən azı bir dəfə ayaqüstü espresso və ya digər italyansayağı hazırlanmış tünd qəhvə içirlər. Bu, onların həyat tərzidir və italyanlar qəhvə içməyəndə özlərini bədbəxt hiss etdiklərini deyirlər. Adambaşına illik orta hesabla 6 kiloqram quru qəhvə düşür.

Əsl espressonu bu işi yaxşı bilən barista 20-27 saniyə arasında hazırlamalıdır. Hətta əsl italyanlar qəhvəni xüsusi dar fincanlarda içirlər. Bu zaman onun istiliyi lazım olan səviyyədə qalır. Fincanlar da əvvəlcədən isidilir.

Müraciət üzrə qərar 2020-ci ildə açıqlanacaq.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Roma 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.