DÜNYA


İtaliya ilə Xorvatiya Adriatik dənizindəki resurslardan istifadə üzrə xüsusi iqtisadi zona yaradır

Roma, 24 may, AZƏRTAC

İtaliya və Xorvatiya hökumətləri arasında Adriatik dənizindəki resurslardan istifadə üzrə xüsusi iqtisadi zona sazişi imzalanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio və Xorvatiyanın xarici və Avropa işləri naziri Qordan Qrliç Radman Romada keçirilən İtaliya-Xorvatiya Nazirlər Komitəsinin beşinci iclasından sonra mətbuata birgə bəyanatla çıxış ediblər.

Luici Di Maio İtaliyanın və Xorvatiyanın Avropa İttifaqının (Aİ) Qərbi Balkan regionunda genişlənmə prosesinin bərpa olunması ilə bağlı eyni fikirdə olduqlarını deyib. Nazir Aİ-yə inteqrasiya və genişlənmə prosesinin həmin regionda mütləq sabitlik baxımından strateji əhəmiyyət kəsb etdiyini bildirib.

İtaliya və Xorvatiya arasında enerji sahəsində əməkdaşlığın böyük potensiala malik olduğunu bildirən Luici Di Maio iki ölkə hökumətləri arasında Adriatik dənizindəki yeraltı sərvətlər üzrə xüsusi iqtisadi zona sazişi imzalandığını qeyd edib.

Xorvatiyalı nazir Qordan Qrliç Radman isə ölkəsi ilə İtaliyanın Adriatik dənizinin əsas aktorları olduğunu, dənizin qorunmasında və ehtiyatlardan istifadə edilməsində müştərək öhdəliklər daşıdıqlarını deyib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.