DÜNYA


İtaliya iqtisadi artım tempinə görə sonuncu yerdədir

Roma, 13 iyul, AZƏRTAC

Avropa Komissiyası iqtisadi proqnozlarında İtaliyanın iqtisadi artım tempinə görə Avropa İttifaqında (Aİ) sonuncu yerdə olduğunu söyləyib.

AZƏRTAC ANSA agentliyinə istinadla xəbər verir ki, ölkə iqtisadi artım tempi bu il 0,5 faiz, növbəti il isə 1,4 faiz təşkil edəcək Almaniyadan geri qalır.

Avropa Komissiyası İtaliya hökumətinin bu yaxınlarda hesablarına düzəliş etməsi sayəsində istiqraz üzrə gəlirlərin aşağı düşdüyünü də bildirilib.

Qurum ümumilikdə İtaliyanın iqtisadiyyatının lazımi qədər sürətli templə “bərpa olunmadığını” söyləyib.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.