İQTİSADİYYAT


İtaliya jurnalı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbərinin məqaləsini dərc edib

Bakı, 15 fevral, AZƏRTAC

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlının elmi məqaləsi nüfuzlu elmi jurnalda – İtaliyanın “Ponte” dərgisində çap olunub.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, “Thomson Reuters”ə daxil olan dərgidə nəşr edilən məqalə “Avropa ölkələrində əmək məhsuldarlığına təsir göstərən əsas amillər” adlanır. V.Qasımlı Avropa İttifaqının 15 ölkəsinin məlumatlarından istifadə edərək R&D, dövlətin təhsilə qoyduğu sərmayə və həmkarlar ittifaqlarının sıxlığının əmək məhsuldarlığına təsirini qiymətləndirib və müvafiq tövsiyələr müəyyənləşdirib. Elmi məqalədə müxtəlif ekonometrik üsullardan istifadə etməklə İİTKM-in icraçı direktoru nəticələri və tövsiyələri həm Avropa İttifaqı, həm də ayrı-ayrı ölkələr üçün təqdim edib. Elmi əsərin 4-cü Sənaye İnqilabı şəraitində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr üçün empirik əhəmiyyəti var. Elmi məqalədəki tezislər əmək məhsuldarlığının artırılması üçün strategiyaların işlənilməsi və həyata keçirilməsində istifadə oluna bilər.

Məqalə ilə tanış olmaqdan üçün http://www.pontejournal.net/mainpanel/abstract.php?TOKEN=gRkgF5411G&PID=PJ-KU23Z&fbclid=IwAR0wmeUflGcmB1bBIeBKhWHHnIWB32bYQ_tM8y1n9s19N8x3JMmoZBTL1Xc linkindən istifadə etmək mümkündür.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.