İDMAN
İtaliya komandası Avropa çempionatında ikinci qələbəsini qazanıb
Tbilisi, 23 sentyabr, AZƏRTAC
Bu gün Tbilisidə qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsində “B” qrupunda İtaliya və Belarus komandaları qarşılaşıblar.
AZƏRTAC xəbər verir ki, Tbilisidəki Yeni İdman Sarayında keçirilən oyun yerli vaxtla 20:00-da başlayıb.
Maraqlı keçən oyun italyanların 3:1 hesablı qələbəsi ilə başa çatıb. İtaliya yığması birinci setdə 27:25, ikinci setdə isə 25:18 hesablı qələbə qazansa da, üçüncü setdə 18:25 hesabı ilə məğlub olub. Dördüncü set həlledici olub. Bu seti 25:21 hesabı ilə başa vuran İtaliya komandası Avropa çempionatında ardıcıl olaraq ikinci qələbəsini qazanıb – 3:1.
Sentyabrın 23-də İtaliya yığması Xorvatiya, Belarus voleybolçuları isə Gürcüstan komandası ilə qarşılaşacaqlar.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi