CƏMİYYƏT
İtaliya mediasında Oxçuçayda törədilən ekoloji terrordan bəhs edilib
Bakı, 13 iyul, AZƏRTAC
İtaliyada fəaliyyət göstərən Mədəniyyətlərarası Əlaqələr üçün Gənclər Birliyinin üzvü Tünzalə Məmmədovanın təşəbbüsü ilə bu ölkənin https://www.politicamentecorretto.com xəbər saytında Oxçuçay fəlakətinə həsr olunmuş məqalə dərc edilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məqalədə Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonunun ərazisindən keçən və ölkəmizin su təminatının təchizində böyük rol oynayan Araz çayına tökülən Oxçuçayın Ermənistan və Almaniya şirkəti tərəfindən dəhşətli çirklənməyə məruz qalması barədə ətraflı məlumat verilib.
Qeyd edilib ki, Azərbaycan tərəfi bu ekoloji cinayətə görə Ermənistandan ciddi şəkildə cavab tələb edib, rəsmi İrəvanın bu ekoloji cinayətini dünya ictimaiyyətinin diqqətinə çatdırıb və Oxçuçay cinayətinə cavabdehlik daşıyanlardan biri olan “CRONIMET” şirkətinə görə Almaniya hökumətinə müraciət edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:53]
Fərid Qayıbov: İl ərzində Şuşada gənclər üçün müxtəlif tədbirlər keçiriləcək
- 28.03.2024 [18:35]
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradılıb
- 28.03.2024 [18:28]
Canını Vətənə fəda edənlər – Elçin Şükürov
- 28.03.2024 [18:25]
Mingəçevirdə yataqxana binasında yanğın olub, sakinlər təxliyə edilib
- 28.03.2024 [18:17]