İDMAN
İtaliya mətbuatı: Formula 1 Azərbaycan Qran-Prisi ölkə iqtisadiyyatına müsbət təsir edəcək
Roma, 8 fevral, AZƏRTAC
İtaliya mətbuatı ölkəmizdə növbəti dəfə keçiriləcək Formula 1 Qran – Prisinə geniş yer ayırıb.
AZƏRTAC xəbər verir ki, bu ölkənin “sport.repubblica”, “gazzetta.it”, “sportfair.it”, “f1grandprix.motorionline”,“tuttomotoriweb”, idman saytları və digər kütləvi informasiya vasitələri “Formula 1 Azərbaycan Qran-Prisininin keçirilmə müddəti 2023-cü ilədək uzadılıb” sərlövhəli yazılar dərc edib.
Məqalələrdə Formula 1 Qrupunun baş icraçı direktoru Çeyz Kerinin Azərbaycana səfəri çərçivəsində Qran-Prinin 2023-cü ilədək keçirilməsi haqqında müqavilənin imzalandığı diqqətə çatdırılır və ölkənin iqtisadiyyatına müsbət təsiri, yerli şirkətlər üçün yeni imkanlar açması qeyd olunur.
Yazılarda, həmçinin gənclər və idman naziri Azad Rəhimovun, Formula 1 Qrupunun baş icraçı direktoru Çeyz Kerinin mötəbər yarış haqqında verdiyi müsahibələri yer alır.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma