DÜNYA


İtaliya mətbuatı UNESKO-nun Bakı sessiyasından yazıb

Roma, 10 iyul, AZƏRTAC

İtaliyanın ANSA agentliyi Konelyano və Valdobbyadene bölgələrindəki Prosekko təpələrinin UNESKO-nun Bakıda təşkil edilmiş Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası zamanı dünya irsi elan olunmasından yazıb.

AZƏRTAC xəbər verir ki, yazıda Prosekko təpələrinin tarixi və göstəriciləri haqqında məlumat verilir.

Bildirilir ki, ümumi ərazisi 97 kvadrat kilometr olan, üzüm bağları ilə örtülmüş yamaclar və Pyava çayının sol sahilində yerləşən kiçik şəhər Venetonun UNESKO-nun Ümumdünya İrs Siyahısına salınan sayca 8-ci, İtaliyanın isə 55-ci məkanı olub.

İtaliyanın Xarici İşlər naziri Enzo Moavero Milanezi və Veneto qubernatoru Luka Zaya bildiriblər ki, Prosekko təpələri nadir dəyərli məkan kimi təsdiq edilib.

Diqqətə çatdırılıb ki, Prosekko təpələrinin siyahıya daxil edilməsi ilə İtaliya UNESKO-nun Ümumdünya İrs Siyahısında Çin, İspaniya və Fransa üzərində üstünlük qazanıb.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.