İQTİSADİYYAT


İtaliya mətbuatında Azərbaycanın neft sənayesi ilə bağlı məqalə dərc edilib

Roma, 17 aprel, AZƏRTAC

İtaliyanın nüfuzlu “Agenzia Nova” xəbər saytında “Azərbaycan neft sənayesinə təxminən 20 milyard dollar sərmayə qoyub” sərlövhəli məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, yazıda Almaniya-Azərbaycan Xarici Ticarət Palatasının xüsusi nəşri olan “Market Analysis Azerbaijan 2019” jurnalından məlumatlar yer alıb.

Məqalədə bildirilir ki, Azərbaycan 2025-ci ilədək neft-qaz sektoruna 20 milyard dollardan çox investisiya qoyacaq.

Xəzərin Azərbaycan sektorunda yerləşən "Abşeron" qaz-kondensat yatağında qaz hasilatının 2020-ci ilin III rübündə başlanılmasının planlaşdırılması diqqətə çatdırılır. Qeyd edilir ki, yatağın işlənməsinin I mərhələsində ildə 1,5 milyard kubmetr qaz, 700 min ton kondensat hasilatı nəzərdə tutulub. "Abşeron" yatağından 2022-2023-cü illərdə isə illik hasilatın ən azı 4 mlrd. kubmetrə qədər artacağı gözlənilir.

Qeyd edək ki, "Abşeron" qaz-kondensat yatağı Xəzər dənizində, "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan cənub-qərbdə, dənizin 500 metr dərinliyində yerləşir. SOCAR-ın qiymətləndirmələrinə görə, yatağın potensial ehtiyatları 350 milyard kubmetr qaz və 45 milyon ton kondensat təşkil edir.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.