İDMAN


İtaliya millisi Avropa çempionatının qrup mərhələsinə vəsiqə qazanıb

Bakı, 13 oktyabr, Nicat Məmmədov, AZƏRTAC

Oktyabrın 12-də futbol üzrə “Avro 2020”nin seçmə mərhələsinin yeddinci turunun növbəti oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, İtaliya yığması ardıcıl yeddinci qələbəsini qazanaraq Avropa çempionatının qrup mərhələsinə vəsiqəni vaxtından əvvəl təmin edib. İtaliyalılar doğma meydanda Yunanıstan seçməsini 2:0 hesabı ilə məğlub ediblər.

Yeddinci turun üçüncü günündə oynanılan digər qarşılaşmalarda aşağıdakı hesablar qeydə alınıb:

D qrupu:

Gürcüstan – İrlandiya - 0:0;

Danimarka - İsveçrə - 1:0.

E qrupu:

Farer Adaları – Rumıniya - 0:3;

Malta – İsveç - 0:4;

Norveç – İspaniya - 1:1.

J qrupu:

Bosniya və Herseqovina – Finlandiya - 4:1;

İtaliya – Yunanıstan - 2:0;

Lixtenşteyn - Ermənistan - 1:1.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.