DÜNYA


İtaliya miqrasiya siyasətində əməkdaşlıqdan yayınan ölkələrin cərimə olunmasını istəyir

Bakı, 27 sentyabr, AZƏRTAC

İtaliyanın Baş Naziri Cüzeppe Konte Avropa Komissiyasının sığınacaq statusu üçün müraciəti rədd edilən qaçqınların öz ölkələrinə göndərilməsinin səmərəli təşkilinə dair yeni təkliflərini yüksək qiymətləndirib.

AZƏRTAC xəbər verir ki, C. Konte Avropa miqrasiya siyasətində ümumi xəttə riayət etməyən və əməkdaşlıqdan yayınan Aİ ölkələrinə qarşı cərimələrin tətbiq olunmasına tərəfdar çıxıb. O qeyd edib ki, olduqca kompleks struktura malik miqrasiya fenomenini bir gündən o biri günə nizama salmaq mümkün deyil. Lakin Avropa Komissiyasının təklifi miqrasiya axınlarına qarşı həmrəylik və qarşılıqlı yardıma söykənməli olan effektiv Avropa siyasəti istiqamətində atılan mühüm addımdır. Üzərlərinə düşən öhdəliklərdən boyun qaçıran ölkələrə qarşı isə cəza mexanizmi işlənib hazırlanmalıdır.

Baş Nazir, həmçinin bildirib ki, onun ölkəsi dənizdə qəza vəziyyətinə düşən qaçqınların xilas edilməsində hər zaman öz öhdəliklərini yerinə yetirib. Bu da İtaliyaya miqrasiya axınlarının tənzimlənməsi tələbi ilə çıxış etməyə haqq verir, çünki Roma keçmişdə olduğu kimi güclü miqrasiya axınına daha passiv şəkildə dözmək niyyətində deyil.

Qeyd edilməlidir ki, Avropa Komissiyası yeni təkliflə uzun illərdən bəri dalana dirənmiş sığınacaq və miqrasiya siyasətində islahatlar istiqamətində canlanmaya və danaşıqların yeni mərhələyə keçməsinə çalışır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.