DÜNYA


İtaliya öz vətəndaşlarından Ukraynanı tərk etmələrini istəyib

İtaliya öz vətəndaşlarından Ukraynanı tərk etmələrini istəyib

Roma, 12 fevral, AZƏRTAC

İtaliya Xarici İşlər Nazirliyi öz vətəndaşlarından Ukraynanı müvəqqəti olaraq tərk etmələrini xahiş edib.

AZƏRTAC xəbər verir ki, İtaliya Xarici İşlər Nazirliyinin Böhran Mərkəzi Ukrayna-Rusiya gərginliyi ilə əlaqədar Ukraynaya səyahətlə bağlı şərtləri yeniləyib.

“Mövcud şərait nəzərə alınaraq, vətəndaşları ehtiyat tədbiri kimi müvəqqəti olaraq Ukraynanı tərk etməyə çağırırıq”, - deyə nazirliyin məlumatında deyilir.

Həmçinin xatırladılıb ki, Donetsk, Luqansk və Krıma səyahət etmək qətiyyən tövsiyə edilmir.

İtaliya mətbuatına görə, hazırda Ukraynada iki minədək italyan var və onlarım çoxu paytaxt Kiyevdədir.

İtaliyanın xarici işlər naziri Luici Di Mayo isə qeyd edib ki, ölkəsinin Ukraynadakı səfirliyi istənilən halda fəaliyyətini davam etdirəcək və mühüm vəzifələrdə olmayan işçilər İtaliyaya qayıdacaq.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.