DÜNYA


İtaliya polisi Çindən qeyri-qanuni gətirilmiş əti müsadirə edib

Paduya, 24 yanvar, AZƏRTAC

İtaliyanın sərhəd polisi Çindən qeyri-qanuni yollarla ölkəyə gətirilmiş 9,5 ton donuz ətini müsadirə edib.

AZƏRTAC xəbər verir ki, bir neçə müddət əvvəl Çində yetişdirilən donuzlarda “Afrika cüzamı” xəstəliyi aşkarlandığı üçün oradan gətirilən məhsul ciddi yoxlanılır.

Sözügedən kontrabanda ət isə dəniz yolu ilə gətirilən tərəvəzin altında gizlədilib. Məhsulu aşkarlayan İtaliyanın Paduya şəhərinin dəniz sərhəd məntəqəsinin əməkdaşları ətin sifarişçilərini araşdırırlar.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Paduya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.