DÜNYA
İtaliya sahillərində miqrantları daşıyan qayığın batması nəticəsində ölənlərin sayı 59-a çatıb
Roma, 26 fevral, AZƏRTAC
İtaliyanın Kalabriya regionu sahillərində miqrantları daşıyan qayığın batması nəticəsində həlak olanların sayı 59-a çatıb.
AZƏRTAC xəbər verir ki, qayıqdakı miqrantların İran, Pakistan və Əfqanıstan vətəndaşları olduğu bildirilib. Bu vaxtadək xilas edilən 81 nəfər sığınacaqlara yerləşdirilib, onlardan 21-i xəstəxanada müalicə alır. Sudan 12-si uşaq və 33-ü qadın olmaqla, ümumilikdə 59 nəfərin cəsəd çıxarılıb. Axtarış-xilasetmə əməliyyatları bütün sahil zonası boyunca davam edir.
İtaliya Prezidenti Sercio Mattarella Krotone sahillərində gəminin qəzaya uğraması və çoxlu sayda insanın həlak olmasından kədərləndiyini bildirib, beynəlxalq ictimaiyyəti miqrant problemi ilə bağlı öhdəlik götürməyə çağırıb.
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen də Kalabriya sahillərində baş vermiş dəhşətli gəmi qəzasından kədərləndiyini, günahsız insanların ölməsinin faciə olduğunu qeyd edib. Bildirib ki, hər birimiz Aralıq dənizində miqrasiya problemi ilə bağlı səylərimizi ikiqat artırmalıyıq.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [21:08]
ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır
- 24.04.2024 [20:27]
ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]