DÜNYA


İtaliya sahillərində xilas edilən miqrantlarla yerli polis arasında gərginlik yaşanır

Roma, 28 iyul, AZƏRTAC

İtaliyaya dəniz yolu ilə gələn yüzlərlə miqrant 14 gün qalmalı olduqları karantin mərkəzlərini tərk edib. İtaliya polisi və sərhəd xidməti miqrantların tapılıb yenidən mərkəzlərə qaytarılması üçün genişmiqyaslı axtarışlara başlayıb.

AZƏRTAC xəbər verir ki, təkcə bir sutkada 200-ə yaxın miqrant saxlandıqları karantin mərkəzindən qaçıb. Onlar 100 nəfər üçün nəzərdə tutulmuş mərkəzdə 500-dək miqrantın qalmasına etiraz ediblər.

Lakin İtaliya hökuməti bunu inkar edərək, karantin qaydalarına hər kəsin əməl etməli olduğunu açıqlayıb.

Xarici İşlər naziri Luici Di Mayo hadisələri şərh edərkən deyib ki, istənilən məqsədlə İtaliyaya gələn şəxslər milliyyətindən və kimliyindən asılı olmayaraq 14 günlük karantin rejiminə əməl etməlidir.

İyulun 28-nə olan məlumatına görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə qaçan 184 nəfərin 125-i artıq saxlanılıb. Tibbi müayinələr zamanı onlarda “COVID” virusu aşkarlanmayıb.

İtaliyanın Daxili İşlər naziri Luçana Lamorceze baş verənlərlə əlaqədar Tunis Prezidenti Kays Səid ilə görüşüb.

İyulun 24-dən sonra ölkəyə gələn 11 min 191 miqrantdan 5200-ü Tunisin payına düşür. Onlardan 4 mini Tunis vətəndaşıdır.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.