MƏDƏNİYYƏT


İtaliya saytı: Azərbaycan 2020-ci ildə yenidən kəşf ediləsi ölkədir

Roma, 15 yanvar, AZƏRTAC

İtaliyanın “Termometro Quoditiano” (Gündəlik termometr) saytı Azərbaycanı 2020-ci ildə yenidən kəşf ediləsi ölkə adlandırıb.

AZƏRTAC xəbər verir ki, “Lonely planet” turizm jurnalının məqaləsində ölkəmiz 2020-ci ildə mütləq görülməsi lazım olan ölkələr siyahısına daxil edilib. Bunun əsasında yazı dərc edən italyan portalı ölkəmizin bu il bir daha kəşfini məsləhət görüb.

“Azərbaycan-zərdüştlüyün yaşayan mədəni mərkəzi, müasir və qədim arxitekturanın vəhdəti, xarakterik Xəzər dənizi, keçmiş və gələcəyi özündə birləşdirən ölkə - yeni axtarışlar edən və suallara cavab axtaran hər kəsə maraqlı olacaq”,- deyə yazıda bildirilir.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.