SİYASƏT


İtaliya saytları Prezident İlham Əliyevin Brüssel səfərindən yazıb

Roma, 24 may, AZƏRTAC

İtaliyanın müxtəlif kütləvi informasiya vasitələri Azərbaycan Prezidenti İlham Əliyevin Belçika Krallığının paytaxtı Brüsselə işgüzar səfərinə geniş diqqət ayırıb.

AZƏRTAC xəbər verir ki, “Giornale Diplomatico”, “Notizie Geopolitiche”, “Kmetro0”, “Agenzia Nova”, “Eunews”, “Conquiste del Lavoro” kimi xəbər portallarında dərc olunan yazılarda Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə təkbətək, eyni zamanda, Ermənistan baş naziri Nikol Paşinyanla üçtərəfli görüş keçirdiyi qeyd edilib.

Prezident İlham Əliyevin Şarl Mişelin Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması, iki ölkənin münasibətlərinin normallaşdırılması, nəqliyyat dəhlizlərinin açılması, sərhədlərin delimitasiyası və demarkasiyası proseslərinə verdiyi dəstəyi yüksək qiymətləndirdiyi bildirilib.

Yazılarda Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin üçtərəfli görüşün yekunlarına dair mətbuata açıqlamasına, eləcə də görüşdə əldə olunan razılıqlara yer verilib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.