İtaliya saytları Tehrandakı səfirliyimizə edilən silahlı hücumla bağlı xəbərlərə geniş yer verib
AzerTAg.az
Roma, 27 yanvar, AZƏRTAC
İtaliyanın aparıcı kütləvi informasiya vasitələri yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücumla bağlı məlumatları diqqət mərkəzində saxlayıb.
AZƏRTAC xəbər verir ki, “Ansa”, “Rai”, “il Sole 24 Ore”, “il Giornale”, “il Messaggero”, “La Gazzetta del Mezzogiorno”, “Agenzia Nova”, “Bluewin”, “Notizie” kimi mətbu orqanlar Azərbaycanın Xarici İşlər Nazirliyinin məlumatlarına istinad edərək xəbərlər yayıb, hadisə ilə bağlı səfirliyin müşahidə kameralarının videogörüntüləri paylaşılıb. Silahlı hücum nəticəsində səfirliyin mühafizə əməkdaşlarından birinin həlak olduğu, iki nəfərin isə yaralandığı bildirilib. Həmçinin səfirlik əməkdaşlarının İrandan təxliyə edildiyi də vurğulanıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma







Xəbərin mətnində orfoqrafik səhv var