İQTİSADİYYAT
İtaliya şirkətinin təmsilçisi: Neft-qaz sərgisində yeni tərəfdaşlar tapmaq niyyətindəyik
Bakı, 2 iyun, AZƏRTAC
İtaliyanın “Tenaris” şirkəti artıq dördüncü dəfədir ki, Bakıda keçirilən "Xəzər Neft və Qaz" beynəlxalq sərgisinin iştirakçısıdır. Azərbaycanda bir sıra neft-qaz şirkətləri ilə əməkdaşıq edirik.
AZƏRTAC xəbər verir ki, bu barədə 28-ci Beynəlxalq Neft və Qaz Sərgisində iştirak edən İtaliya şirkətinin nümayəndəsi Andrea Belanni bildirib.
Onun sözlərinə görə, təmsil etdiyi şirkətin ARDNŞ ("Ümid-Babək" layihəsi), "SOCAR AQS", Fransanın "Total" ("Abşeron" Xəzər layihəsi üzrə), İtaliyanın "Saipem" şirkəti ilə müqavilələri olub.
Eyni zamanda, şirkət SOCAR-ın "Bulla-dəniz" layihəsinin, "Abşeron" (operator "Total") layihəsinin ikinci fazasının, "Qarabağ" (Operator "Equinor") layihəsinin icrasına kömək etməkdə maraqlıdır.
Şirkətin Azərbaycanda, Qazaxıstanda və Türkiyədə fəaliyyət göstərdiyini söyləyən A.Belanni sərgidə iştirak etməklə yeni tərəfdaşlar tapmaq niyyətində olduğunu deyib.
Şirkət təmsilçisi, həmçinin sərginin təşkilindən razılığını ifadə edib.