İDMAN


İtaliya və İspaniya milliləri "Avro-2020" seçmə mərhələsində ilk qələbələrini qazanıb

Bakı, 24 mart, Nicat Məmmədov, AZƏRTAC

Martın 23-də futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə qrup mərhələsinin birinci turuna 8 qarşılaşma ilə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, turun son oyun günündə seçmə mərhələnin favoritlərindən sayılan İtaliya millisi Finlandiya seçməsini, İspaniya yığması isə Norveç komandasını qəbul edib.

Dördqat dünya çempionu İtaliya yığması hər iki hissədə bir qol vuraraq 2:0 hesablı qələbə qazanıb. İtalyanlıların həyətində Nikola Barella (7) və Moise Kin (74) fərqləniblər.

İspaniya millisi doğma azarkeşlər önündə Norveç millisini 2:1 hesabı ilə məğlub edib. Rodriqo (16) və Serxio Ramosun (71) qollarına qonaqlar Coşua Kinqın (65) qolu ilə cavab veriblər.

Turun son oyunlarında aşağıdakı hesablar qeydə alınıb:

D qrupu

Gürcüstan – İsveçrə - 0:2;

Cəbəllütariq - İrlandiya - 0:1.

F qrupu

Malta – Farer adaları - 2:1;

İsveç - Rumıniya - 2:1;

İspaniya - Norveç - 2:1.

J qrupu

Bosniya və Herseqovina – Ermənistan - 2:1;

İtaliya - Finlandiya - 2:0;

Lixtenşteyn - Yunanıstan - 0:2.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.