DÜNYA
İtaliya yağ sektoru istehsalçıları ispan istehsallı məhsulların bazarda çoxluq təşkil etməsindən narazıdırlar
Roma, 19 noyabr, AZƏRTAC
İspaniyadan gətirilən zeytun yağı İtaliya bazarında üstünlük təşkil edir. Bu, yerli istehsalçıların narazılığına səbəb olub.
AZƏRTAC xəbər verir ki, İtaliya bazarına xarici istehsallı zeytun yağının idxalı 2019-cu ildə 48 faiz təşkil edib. Bu isə yerli istehsala zərbə vurur. Əsas idxalçı isə İspaniyadır. Yağ İstehsalçıları Assosiasiyasının araşdırmalarına görə, tarixi brendlər adı altında ölkəyə ucuz və aşağı keyfiyyətli məhsulun daxil olması daha baha olan yerli məhsula tələbatı aşağı salır.
İspaniyadan sonra yerli bazarı Yunanıstan və Tunis zəbt edib. Assosiasiyanın araşdırmasında o da qeyd edilib ki, etiketlərdə Avropa İttifaqının qaydaları əks olunmur. Yəni, yağın tərkibi aydın və tam yazılmır. Yerli istehsalçılar bazarda üstünlüyü qazanmaq üçün idxala nəzarətin gücləndirilməsini tələb edirlər.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Roma