DÜNYA


İtaliya yanvar ayında koronavirusa qarşı kütləvi vaksinasiya prosesinə başlamaq niyyətindədir

Roma, 20 noyabr, AZƏRTAC

Koronavirus infeksiyasına qarşı mübarizə tədbirləri çərçivəsində İtaliya hökuməti gələn ilin yanvar ayında ölkədə kütləvi vaksinasiya prosesinə başlamaq niyyətindədir.

AZƏRTAC xəbər verir ki, hökumət yanvar ayında artıq 3,4 milyon doza peyvəndin istifadəyə hazır olacağı qənaətindədir. Hökumət nümayəndəsi Domenik Arkuri mətbuata verdiyi açıqlamada bir neçə ay ərzində vaksinasiya tədbirlərini geniş səviyyədə həyata keçirə biləcəklərini də qeyd edib. Hazırda isə hökumət peyvəndləmə prosesi üçün tələb olunan ləvazimatların alışı ilə məşğuldur.

Dövlət rəsmisinin sözlərinə görə, ilkin mərhələdə vaksinasiya məcburi şəkildə aparılmayacaq. Bununla belə hesab olunur ki, gələn ilin üçüncü rübü bitənədək İtaliya əhalisinin mütləq əksəriyyəti peyvənd olunacaqdır. D. Arkuri qeyd edib ki, vətəndaşlar peyvəndlə bağlı qərarlarında müstəqil olacaqlar, eyni zamanda, peyvənd olunan şəxslərin qeydiyyatı üçün platforma yaradılacaq və onlara peyvəndə dair müvafiq arayış təqdim olunacaqdır.

Qeyd edilməlidir ki, İtaliyada koronavirusa yoluxma statistikasında artım davam etməkdədir. Ötən gün ölkə üzrə 36176 nəfərin virusun daşıyıcısı olduğu müəyyən edilib, ölənləri sayı isə 753 nəfər olub. Bununla da pandemiya başlayandan indiyədək İtaliyada ölüm hallarının sayı 47870 nəfərə çatıb.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Roma 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.