İQTİSADİYYAT
İtaliya yüklərinin dəmir yolu ilə Azərbaycandan keçməklə Mərkəzi Asiyaya sınaq daşımalarına başlanılır
Bakı, 18 iyul, Elvin Camalov, AZƏRTAC
“ADY Konteyner” şirkəti İtaliyadan gələn yüklərin Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə İran və ya Mərkəzi Asiya ölkələri və Çinə nəql edilməsi üçün sınaq daşımalarına başlayır.
Bu barədə “ADY Konteyner” şirkətinin direktoru Natiq Cəfərov AZƏRTAC-a eksklüziv açıqlamasında deyib.
O bildirib ki, bu yaxınlarda “İtaliya Milli Dəmir Yolları” ilə yüklərin İtaliyanın Triest və Bari limanlarından Türkiyənin Mersin limanına çatdırılaraq, oradan da Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə Azərbaycan ərazisindən keçərək, İran və ya Mərkəzi Asiya ölkələri və Çinə nəqli perspektivləri müzakirə olunub. Artıq bu barədə razılığa gəlinib və tezliklə bu istiqamətdə sınaq daşımalarına başlanılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]