DÜNYA


İtaliya zəlzələ nəticəsində ziyan dəymiş mədəniyyət abidələrini yenidən bərpa etməyə çalışır

Roma, 23 avqust, AZƏRTAC

Ötən il İtaliyanın mərkəzi bölgəsində zəlzələ nəticəsində ziyan görən mədəniyyət abidələrinin yenidən qurulması və bərpası üçün büdcədən ayrılan 100 milyon avro vəsait Norcia şəhərindəki müqəddəs San Benedikt kilsəsi də daxil olmaqla böyük kilsələrin bərpasına sərf ediləcək.

AZƏRTAC ANSA agentliyinə istinadla xəbər verir ki, bu sözləri İtaliya Mədəni İrs və Fəaliyyətlər və Turizm Nazirliyinin baş katibi Antonella Paskua Rekkiyanın deyib.

Onun sözlərinə görə planın ilkin mərhələsində İtaliyanın Amatriça bölgəsində “San Francesko” və “Sant'Agostino”, San Ginesio şəhərindəki “Camerino Katedral” kilsələri, Visso bölgəsindəki Macereto məbədi hədəfdə olacaq.

“Mədəni irsi abidlərin müdafiəsi ilə bağlı təxminən 1000 tədbir keçirilib. 17 min mədəniyyət abidəsi və uçqunlar altında qalmış 9743 kitab xilas edilərək bərpa edilib. Nazirlik işlərin ilkin mərhələsinin yay mövsümünün sonunadək başa çatmasına çalışır. 200 nəfərlik bir heyət burada işləri davam etdirir. Hazırda tikililərin təhlükəsizliyini təmin etmək, freskaları möhkəmləndirmək və kilsə orqanlarını qorumaq üçün tamamlama işləri gedir”, – deyə Paskua Rekkya bildirib.

O, böyük kilsələri yenidən bərpa etmək məqsədilə ayrılan 100 milyon avroluq planın uzun bir müddəti əhatə edəcəyini deyib: “Biz bu işləri yüksək səviyyədə və ardıcıl, planlı şəkildə görmək üçün tenderlərdən başlayırıq. Bunlar doğru və mütləq edilməli olan çətin və bahalı layihələrdir”.

İtaliyanın Mədəni İrs və Fəaliyyətlər və Turizm Nazirliyinin məlumatlarına əsasən zəlzələ nəticəsində daha çox zərər görmüş mədəni irsi abidələri Marche bölgəsində olub. Marche bölgəsində 2456 mədəniyyət abidəsinə zərər dəyib. Bu rəqəm Umbriyada bölgəsində (1150) qeyd alınmış rəqəmlərdən ikiqat çoxdur. Onun ardınca Abruçço (742) və Latsio gəlir (473).

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.