DÜNYA
İtaliyada 12 yaşdan yuxarı əhalinin 90 faizinə hər iki doza peyvənd vurulub
Roma, 6 may, AZƏRTAC
İtaliyada indiyədək COVID-19 infeksiyası əleyhinə 137 milyon dozadan çox peyvənd tətbiq edilib.
AZƏRTAC xəbər verir ki, 2020-ci il dekabrın 27-dən etibarən aparılan vaksinasiya kampaniyası çərçivəsində bu vaxtadək ölkədə 137 milyon 3 min 135 doza peyvənd vurulub. Birinci doza peyvənd qəbul edənlərin sayı 49 milyon 380 min 543 nəfər (12 yaşdan yuxarı əhaliyə nisbəti 91,46 faizdir), peyvəndlərini tamamlayanların sayı 48 milyon 608 min 772 nəfərdir (peyvənd olunanların 12 yaşdan yuxarı əhaliyə nisbəti 90,03 faizdir).
Keçən il sentyabrın 20-dən etibarən isə ümumilikdə 39 milyon 386 min 241 doza əlavə peyvənd tətbiq olunub.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [19:46]
İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]
N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz
- 28.03.2024 [18:31]
Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib
- 28.03.2024 [18:26]
Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb
- 28.03.2024 [17:20]