DÜNYA


İtaliyada 3 avroya görə təqaüdçü qadın öldürülüb

Roma, 10 fevral, AZƏRTAC

İtaliyada 40 yaşlı inşaatçı Daniel Ermano Byanko ötən ay quldurluq məqsədilə 70 yaşlı təqaüdçü qadın Anna Pikkatonun üzünə zərbələr endirərək onu öldürüb və zərərçəkmişin üzərində olan 3 avronu qəsb edib.

AZƏRTAC İtaliyanın “ilmessaggero.it” saytına istinadla xəbər verir ki, hadisə Kueno əyalətində yerləşən Bardje kommunasında baş verib.

Polisin məlumatına görə, cinayətin üstü qətlə yetirilən qadının Daniel Ermano Byankonun paltarında olan DNT izləri sayəsində açılıb. Cinayətkar qarət etdiyi qadına ölümcül xəsarətlər yetirdiyini etiraf edib. Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.