CƏMİYYƏT


İtaliyada Azərbaycanın xaricdə təmsil edilməsi mövzusunda tədbir keçirilib VİDEO

Roma, 11 aprel, AZƏRTAC

Romada “Xaricdə Azərbaycanı necə təbliğ edək?” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan-İtaliya Gənclər Assosiasiyasının həmsədri Emin Rüstəmov xaricdə təhsil alan gənclərimizin yaşadıqları ölkələrdə Azərbaycanın fəal təbliğ etmələrinin zəruriliyini vurğulayıb. Bildirib ki, hər birimiz Azərbaycan xalqına və dövlətinə sadiq olmalıyıq. Bu baxımdan xaricdə təhsil alan tələbələrin də üzərinə böyük yük düşür. Bu gün İtaliyada 2 minə yaxın azərbaycanlı tələbə təhsil alır. Onların hər biri Azərbaycanın simasıdır. Biz çalışmalıyıq ki, sosial şəbəkələrdə, gündəlik həyatda ölkəmizi layiqincə təbliğ edək, xarici dostlarımıza bu haqda məlumat verək. AİGA-nın həmsədri İtaliyada Azərbaycan diasporunun fəallığının artırılması istiqamətində görülən işlərdən danışarkən deyib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin son bir ildə uğurlu fəaliyyəti bu ölkədəki soydaşlarımızla bağlı görülən işlərdə də hiss edilir.

Tədbirdə çıxış edən “azxeber.com” informasiya portalının baş direktoru Əfsələddin Ağalarov, saytın baş redaktoru Hacıbəy Heydərli xaricdə təhsil alan azərbaycanlı tələbələrin ölkəmizin təbliği işində fəal rol oynamalarının vacibliyini qeyd ediblər.

Sonda tələbələrin sualları cavablandırılıb, təkliflər dinlənilib.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.