CƏMİYYƏT


İtaliyada Azərbaycanın yeni diaspor təşkilatı rəsmi qeydiyyata alınıb

Bakı, 21 yanvar, AZƏRTAC

İtaliyanın Merano şəhərində fəaliyyət göstərən Azərbaycan diasporunun “ECN Mədəniyyət Assosiasiyası” adlı yeni təşkilatı dövlət qeydiyyatından keçib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, multikultural dəyərlərə malik Meranoda yaşayan soydaşımız Mehriban Ağayevanın təşəbbüsü ilə təsis edilən təşkilatda müxtəlif millətlərin nümayəndələri təmsil olunur.

Xocavənd rayonunda anadan olan Mehriban Ağayeva ixtisasca hüquqşünasdır. 2013-cü ildən etibarən ailəsi ilə birlikdə Merano şəhərində yaşayır. Meranoda Azərbaycan tarixini, mədəniyyətini və mətbəxini davamlı olaraq təbliğ edən soydaşlarımızdan biridir.

Qeyd edək ki, M.Ağayevanın da ailəsi erməni işğalının bütün ağrı-acıları ilə üzləşib. Qaradağlı faciəsi zamanı erməni cəlladları onun 32 qohumunu qətlə yetirib, ailəsi isə məcburi köçkün həyatı yaşayıb. Mehriban Ağayeva 44 gün davam edən Vətən müharibəsi zamanı Azərbaycan həqiqətlərinin şəhər ictimaiyyətinə çatdırılmasında xüsusi fəallığı ilə seçilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.