DÜNYA
İtaliyada COVID-19-a gündəlik yoluxma sayı 5 mindən aşağı düşüb
Roma, 22 sentyabr, AZƏRTAC
Son 24 saat ərzində İtaliyada 330 min 275 test icra olunub və 3377 nəfərə COVID-19 diaqnozu qoyulub.
AZƏRTAC xəbər verir ki, son 5 gündə ölkədə koronavirusa gündəlik yoluxma sayı 5 min həddindən aşağı enib.
Səhiyyə Nazirliyinin məlumatına görə, ötən 24 saat ərzində 67 nəfər COVID-19-un qurbanı olub, virusdan ölənlərin sayı ümumilikdə 130 min 421-ə çatıb.
2020-ci ilin fevral ayından bəri İtaliyada COVID-19-a yoluxanların sayı 4 milyon 641 min 890 nəfərə çatıb. Ölkədə aktiv xəstələrin sayı isə 109 min 513-ə düşüb.
Virusdan sağalanların sayı 6 min 308 nəfər artımla 4 milyon 401 min 956-ya çatıb.
2020-ci il dekabrın 27-dən indiyədək ölkədə 82 milyon 670 min 260 doza peyvənd vurulub. Tam vaksinasiya olunanların sayı 41 milyon 175 min 922 nəfərdir.
Sentyabrın 20-də xərçəng xəstələri və 80 yaşdan yuxarı olanlar üçün başladılan üçüncü doza peyvəndi qəbul edənlərin sayı 6803 nəfər olub.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]