DÜNYA


İtaliyada COVID-19-a təkrar yoluxma halları artmaqdadır

Roma, 8 may, AZƏRTAC

İtaliyada COVID-19 infeksiyasına təkrar yoluxma hallarında artım qeydə alınır.

AZƏRTAC xəbər verir ki, İtaliya Ali Səhiyyə İnstitutunun (ISS) məlumatına görə, “omikron” ştamının yayılması səbəbindən ötən il avqustun 24-dən cari il mayın 4-dək ölkədə koronavirusa 397 min 84 təkrar yoluxma faktı qeydə alınıb. Təkrar yoluxma halları əsasən qadınlar, tibb işçiləri və yaşı 12-49 arasında olanlarda, peyvənd olunmayan və ya ən azı bir doza peyvənd edilənlərdə müşahidə olunub. Əvvəlki həftə ilə müqayisədə isə ölkədə COVID-19-a təkrar yoluxma halları 5 faiz artıb.

Qeyd edək ki, İtaliyada indiyədək koronavirusa 16 milyon 767 min 773 yoluxma faktı qeydə alınıb, 164 min 417 nəfər virusun qurbanı olub. Hazırda ölkədə 1 milyon 146 min 385 aktiv koronavirus xəstəsi var.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.