DÜNYA


İtaliyada COVID-19-a yoluxanların sayı 4,7 milyon nəfərə çatır

Roma, 10 oktyabr, AZƏRTAC

İtaliyada son 24 saatda COVID-19-a yoluxanların sayı 2748 nəfər artaraq ümumilikdə 4 milyon 698 min 38-ə çatıb.

AZƏRTAC xəbər verir ki, ötən sutka ərzində ölkədə COVID-19-un qurbanlarının sayı isə 46 nəfər artaraq 131 min 274-ə yüksəlib.

2020-ci il dekabrın 27-dən İtaliyada COVID-19-a qarşı aparılan geniş peyvənd kampaniyası çərçivəsində bu vaxtadək 86 milyon 201 min 755 doza vaksin vurulub. Ölkədə cari il avqustun 6-da qüvvəyə minən qaydaların, oktyabrın 16-dan isə bütün dövlət və özəl sektorda çalışan işçilər üçün məcburi olacaq “Yaşıl keçid kartı”nın (“Green pass” və ya vaksin sertifikatı) tətbiqinin vaksinasiya kampaniyasını sürətləndirdiyi bildirilir.

Səhiyyə Nazirliyinin qərarı ilə sentyabrın 20-dən etibarən ölkədə yaşı 80-dən yuxarı və xroniki xəstəlikləri olanlar üçün üçüncü doza peyvəndin tətbiqinə başlanılıb. İndiyədək 296 min 624 nəfər üçüncü doza peyvənd edilib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.