DÜNYA


İtaliyada COVID-19 qurbanlarının sayı 134 mini ötüb

Roma, 5 dekabr, AZƏRTAC

Ötən gün İtaliyada COVID-19 infeksiyasına yoluxanların sayı 16 min 632 nəfər artaraq ümumilikdə 5 milyon 94 min 72-yə yüksəlib.

AZƏRTAC xəbər verir ki, virusun qurbanlarının sayı isə 75 nəfər artaraq 134 min 152-yə çatıb.

Səhiyyə Nazirliyinin məlumatına görə, son 24 saat ərzində 636 min 592 test icra edilib, virusdan sağalanların sayı 8988 nəfər artaraq 4 milyon 736 min 202 olub.

Reanimasiya şöbəsində olan xəstələrin sayı 732 nəfər, aktiv COVID-19 xəstələrinin sayı 223 min 718-dir.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.