DÜNYA


İtaliyada COVID-19-un Nu ştamı aşkarlanıb

Roma, 28 noyabr, AZƏRTAC

İtaliyada bir nəfərdə COVID-19 infeksiyasının Nu ştamı (Omicron) aşkar edilib.

AZƏRTAC xəbər verir ki, bu şəxsin Mozambik vətəndaşı olduğu bildirilib. O, bir neçə gün əvvəl Mozambikdən Milana gəlib.

Həmin şəxsə iki doza peyvənd vurulub və hazırda vəziyyəti normaldır. Onun ailə üzvləri və görüşdüyü digər şəxslər müşahidə məqsədilə karantinə alınıb.

İtaliya Səhiyyə Nazirliyi son 14 gündə Cənubi Afrika Respublikası, Lesoto, Botsvana, Zimbabve, Mozambik, Namibiya, Esvatini və Malaviyə səyahət edən şəxslərin ölkəyə girişini qadağan edib.

Nazirliyin məlumatına görə, ölkədə son 24 saat ərzində 596 min 898 test icra olunub, 12 min 877 nəfərdə COVID-19 virusu aşkarlanıb. Ötən ilin fevralından indiyədək İtaliyada koronavirusa yoluxanların sayı 4 milyon 994 min 891-ə çatıb.

Hazırda ölkədə aktiv COVID-19 xəstələrinin sayı 178 min 946, reanimasiyada olanların sayı isə 624-dür. Virusdan ölənlərin sayı 90 nəfər artaraq 133 min 627-yə çatıb. Bu, iyunun 1-dən (93 ölüm) bəri bir gündə qeydə alınan ən yüksək göstəricidir. Virusdan sağalanların sayı isə 6451 nəfər artaraq 4 milyon 682 min 318-ə yüksəlib.

Keçən il dekabrın 27-dən COVID-19-a qarşı vaksinasiya kampaniyası çərçivəsində bu günədək İtaliyada 95 milyon 310 min 868 doza peyvənd vurulub. Peyvəndlərini tamamlayanların sayı isə 45 milyon 607 min 770 nəfərdir. Bu il sentyabrın 20-dən xərçəng xəstələri və yaşlı şəxslər üçün başlanan üçüncü doza vaksinasiya prosesi üzrə 5 milyon 702 min 524 nəfərə əlavə peyvənd vurulub.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.