CƏMİYYƏT


İtaliyada Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik kampaniyası təşkil edilib VİDEO

Roma, 1 yanvar, AZƏRTAC

Azərbaycanın İtaliyadakı səfirliyi Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bu ölkədə təhsil alan tələbələrimiz arasında təbrik kampaniyası təşkil edib.

AZƏRTAC xəbər verir ki, dekabrın 26-dan başlayaraq səfirliyin sosial şəbəkələrində İtaliyanın Roma, Piza, Padova, Turin, Maçerata, Parma, MilanKamerino və Venesiya şəhərlərində təhsil alan tələbələrin “#İtaliyadanTəbrikim” həştəqi altında təbrik videoçarxları yayımlanıb.

Azərbaycanlı tələbələr və səfirliyin sosial kanallarının izləyiciləri arasında böyük marağa səbəb olan bu kampaniya dekabrın 31-də Romadan təbrik videoçarxı ilə yekunlaşıb.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.