DÜNYA


İtaliyada İkinci Dünya müharibəsinə görə təhsilini davam etdirə bilməyən 90 yaşlı qadın yenidən məktəbə qayıdıb

Roma, 14 aprel, AZƏRTAC

İkinci Dünya müharibəsi səbəbindən təhsilini davam etdirə bilməyən 90 yaşlı italyan Annunziata Murgia orta təhsil haqqında şəhadətnamə almaq üçün yenidən məktəbə qayıdıb. O, orta məktəbə gedən ən yaşlı şəxs kimi tarixə düşüb.

AZƏRTAC xəbər verir ki, A.Murgia adətən 14 yaşdan yuxarı olanların orta təhsil haqqında şəhadətnamə almaq üçün iştirak etdikləri imtahana hazırlaşmaq üçün hazırda evinin yaxınlığındakı gecə məktəbinə gedir. İkinci Dünya müharibəsi dövründə ancaq maddi vəziyyəti yaxşı olanların təhsil ala bildiyini deyən A.Murgia həmin vaxt tikişlə məşğul olduğunu və bu yolla ailəsinə maddi dəstək verdiyini bildirib.

Qeyd edək ki, A.Murgianın ən kiçik sinif yoldaşı hazırda orta məktəb şəhadətnaməsini almaq üçün yenidən imtahana hazırlaşan 16 yaşlı şagirddir.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.