SİYASƏT


İtaliyada İkinci Qarabağ müharibəsindən bəhs edən elektron kitab hazırlanıb VİDEO

Riqa, 27 fevral, AZƏRTAC

İtaliyada Azərbaycanla bağlı hazırlanan elektron kitabda 44 günlük Vətən müharibəsi barədə ətraflı məlumat verilir.

Bu barədə AZƏRTAC-ın xüsusi müxbirinə “2020-ci il: Dağlıq Qarabağda müharibə” adlı kitabın müəllifi, Avropa Xəbər Agentliyinin İtaliya üzrə təmsilçisi, “Eurasiaticanews” portalının rəhbəri Karlo Marino bildirib.

O qeyd edib ki, kitabda Qarabağın tarixi, yerləşdiyi coğrafi məkan, münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri, Ermənistanın qeyri-konstruktiv mövqeyi, Xocalı faciəsi, 2020-ci il sentyabrın 27-də başlayan müharibə və s. məsələlərdən bəhs olunur.

Müəllif yaxın vaxtlarda Qarabağda məhv edilən mədəniyyət abidələri haqqında da kitab hazırlayacağını bildirib.

Qeyd edək ki, Karlo Marinonun Avropa mətbuatında Azərbaycan həqiqətləri ilə bağlı silsilə yazıları dərc olunub.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.