DÜNYA


İtaliyada “Kasamonika” mafiya şəbəkəsinin iyirmidən çox üzvü həbs edilib

Roma, 13 may, AZƏRTAC 

İtaliya polisi tərəfindən keçirilən irimiqyaslı əməliyyat nəticəsində “Kasamonika” mafiya şəbəkəsinin üzvü olmaqda şübhəli bilinən 22 nəfər həbs edilib.

AZƏRTAC İtaliyanın mətbuatına istinadla xəbər verir ki, əməliyyatın məqsədi Romanın Via-del Kvadraro və Porta-Furba məhəllələrində narkotik maddələrin qanunsuz ticarəti ilə məşğul olan cinayətkar qrupu zərərsizləşdirmək olub.

Köçəri mənşəli kasamonikalılar uzun müddət Romada ən nüfuzlu mafiya qrupu hesab olunublar. Klanın minə yaxın üzvü var və onlar sələmçilikdən tutmuş narkotiklərin qanunsuz dövriyyəsinə qədər qanunsuz fəaliyyətlərlə məşğul olurlar.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.