MƏDƏNİYYƏT
İtaliyada “Life beyond tourism - Travel to Dialog” beynəlxalq sərgisi virtual nümayişlərə başlayıb
Roma, 2 iyul, AZƏRTAC
İtaliyada keçirilməsi planlaşdırılan və pandemiya səbəbindən təxirə salınan “Life beyond tourism - Travel to Dialog” beynəlxalq sərgisinin bütün proqramı təxirə salınmışdı. Layihə təşkilatçıları sərgini virtual rejimdə keçirməyi qərara alıblar.
AZƏRTAC xəbər verir ki, bu gün 20 ölkədən 100-dən çox rəssam bu layihənin assosiativ üzvüdür. Onların içində Azərbaycan ilə yanaşı, Belçika, Kanada, Kipr, Gürcüstan, Yunanıstan, İtaliya, Litva, Norveç, Polşa, Çexiya, Böyük Britaniya, Rumıniya, Rusiya, Serbiya, İspaniya və ABŞ Tayland, Türkiyə, Ukrayna var. Bu ölkələrdən olan rəssamlar əsərlərini “Life beyond tourism - Travel to Dialog”un virtual sərgisində nümayiş etdirmək imkanına malikdirlər. Bunun üçün əsərlər sentyabrın 15-dək qəbul olunur.
Qoşulmaqla sənətkarlar əsərlərini dərhal dünyanın 111 ölkəsindən olan 15 mindən çox istifadəçi üçün nümayiş etdirə biləcəklər.
İlk sərgi artıq keçirilir. Burada 3 ölkədən 24 əsərə tamaşa etmək olar.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Roma