DÜNYA


İtaliyada Qərbi Balkan ölkələrinin xarici işlər nazirlərinin görüşü olacaq

İtaliyada Qərbi Balkan ölkələrinin xarici işlər nazirlərinin görüşü olacaq

Roma, 30 mart, AZƏRTAC

Aprelin 3-də Romada Qərbi Balkan regionu ölkələrinin xarici işlər nazirlərinin toplantısı keçiriləcək.

AZƏRTAC xəbər verir ki, İtaliya Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayaninin sədrliyi ilə baş tutacaq toplantıda Avropa Komissiyasının Qonşuluq və genişlənmə məsələləri üzrə komissarı Oliver Varhelyi, Avropa Şurasının sədri, İsveçin xarici işlər naziri Tobias Billström, Bosniya və Herseqovina, Monteneqro, Serbiya, Albaniya, Kosovo və Şimali Makedoniyanın xarici işlər nazirləri iştirak edəcəklər.

Təşəbbüs İtaliyanın Qərbi Balkan regionunda yenilənmiş aparıcı rolu çərçivəsində regional dialoqu və əməkdaşlığı təşviq etmək, eləcə də həmin ölkələrin Avropaya inteqrasiyası prosesini sürətləndirmək məqsədi daşıyır.

Görüş çərçivəsində, həmçinin “Qərbi Balkan regionuna yeni baxış: Avropa İttifaqına üzvlük və regional təhlükəsizlik” mövzusunda konfrans, iqlim dəyişikliyi, mədəni irsin mühafizəsi, aqrar və ərzaq sektorunda texnoloji innovasiyalar mövzularında ekspertlər səviyyəsində dəyirmi masalar keçiriləcək.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.