DÜNYA


İtaliyada Qərbi Nil virusuna yoluxma halları 53 faiz artıb

Roma, 12 avqust, AZƏRTAC

Ötən bir həftə ərzində İtaliyada Qərbi Nil virusuna yoluxanların sayı 53 faiz artıb.

AZƏRTAC xəbər verir ki, İtaliya Ali Səhiyyə İnstitutunun məlumatına görə, virusa yoluxanların sayı əvvəlki həftə 94 nəfər olduğu halda, avqustun 9-dək olan dövrdə onların sayı 144-ə yüksəlib. Yoluxucu xəstəlik olan Qərbi Nil virusu əsasən ölkənin şimal bölgələrində yayılıb.

Qeyd edək ki, ağcaqanadların yoluxdurduğu xəstəliyə yoluxanların təxminən 80 faizində heç bir əlamət olmadığı halda, təxminən 20 faizində hərarət, halsızlıq, ürəkbulanma-qusma, baş ağrısı, əzələ ağrısı kimi simptomlar müşahidə edilir.

Qərbi Nil virusuna yoluxma faktlarına daha çox Afrika, Avropa, Yaxın Şərq, Şimali Amerika və Qərbi Asiyada rast gəlinir.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.