İtaliyada “Super yaşıl keçid kartı” tətbiqinin əhatə dairəsi genişləndirilib
AzerTAg.az
21.01.2022 [16:07]
Roma, 21 yanvar, AZƏRTAC
İtaliyada “Super yaşıl keçid kartı” (“Super green pass”) tətbiqinin əhatə dairəsi genişləndirilib.
AZƏRTAC xəbər verir ki, yeni qaydalara görə, bərbər, gözəllik salonları və kosmetoloji klinikalarda, eləcə də apteklər, optikalar, poçt şöbələrində “Super yaşıl keçid kartı” tələb olunacaq.
Hökumət bu addımla koronavirusa yoluxma hallarındakı artım tendensiyasının qarşısını almaq və əhalini vaksinasiyadan keçməyə təşviq etmək niyyətindədir.
Qeyd edək ki, “Super yaşıl keçid kartı” ancaq peyvənd edilmiş və ya COVID-19-dan sağalanlara verilir. Testdən keçmək bu sənədi almağa kifayət etmir.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri
18.05.2022 [19:32]
18.05.2022 [19:22]
18.05.2022 [17:01]

MULTİMEDİA
18.05.2022 [19:18]
18.05.2022 [18:42]
18.05.2022 [17:40]
18.05.2022 [17:25]
18.05.2022 [20:29]
18.05.2022 [20:22]
18.05.2022 [20:09]
18.05.2022 [19:01]
18.05.2022 [18:57]
18.05.2022 [18:51]
18.05.2022 [19:10]
18.05.2022 [18:41]
18.05.2022 [18:29]
18.05.2022 [18:27]
18.05.2022 [18:55]
18.05.2022 [18:47]
18.05.2022 [18:42]
17.05.2022 [13:41]
13.05.2022 [13:33]
10.05.2022 [16:52]
18.05.2022 [18:33]
18.05.2022 [17:16]
18.05.2022 [13:51]
18.05.2022 [20:00]
Xəbərin mətnində orfoqrafik səhv var