İDMAN


İtaliyada VAR sistemi üzrə futbol hakimlərinin danışıqları açıqlanacaq

Roma, 17 noyabr, AZƏRTAC

İtaliya VAR (videoköməkçi hakim) sistemi üzrə hakimlərin danışıqlarını paylaşmağa hazırlaşır.

AZƏRTAC xəbər verir ki, bu barədə İtaliya Hakimlər Komitəsinin sədri Alfredo Trentalange deyib.

VAR dialoqlarının paylaşılmasında hər hansı maneə olmadığını bildirən A.Trentalange deyib: “Bizim heç nəyi gizlətmək fikrimiz yoxdur. Tezliklə bu istiqamətdə addım atacağıq və VAR danışıqlarını hər kəslə paylaşacağıq. O zaman hamı hakimlərin xoş niyyətini görəcək”.

Komitə sədri VAR sisteminin futbolda haqsızlığı aradan qaldırdığını və hakimlərin ixtisaslaşması üçün yaxşı təcrübə olduğunu bildirib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.