CƏMİYYƏT


İtaliyada ailələrin ümumi rifah səviyyəsi xeyli artıb

Roma, 12 may, AZƏRTAC

2017-ci ilin yekunlarına əsasən İtaliyada ailələrin ümumi rifah səviyyəsi alman ailələrindən xeyli yüksək olub.

AZƏRTAC Italiyanın quotidiano.net saytına istinadla xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Bankı və İSTAT statistika agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, 2017-ci ilin yekunlarına əsasən italyan ailələrinin xüsusi mülkiyyəti 9,743 trilyon avro təşkil edib. Bu da ailələrin ümumi nağd gəlirlərindən səkkiz dəfə artıq olub.

Hesabatda italyan ailələrinin ümumi borclarının 926 milyard avro təşkil etdiyi qeyd edilib. Digər ölkələrə nisbətdə bu məbləğ italyan ailələrinin gəlirləri ilə müqayisədə azdır.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.