DÜNYA
İtaliyada aviasiya işçiləri tətil edirlər
Roma, 21 oktyabr, AZƏRTAC
İtaliyada aviadispetçerlər və hava limanı işçiləri tətilə başlayıblar.
AZƏRTAC xəbər verir ki, ölkədəki 4 böyük həmkarlar ittifaqının çağırışı ilə aviasiya sənayesi üzrə hava limanlarında çalışanların iş şəraitinin yaxşılaşdırılması tələbi ilə tətil başladılıb. Bildirilib ki, həmkarlar ittifaqları İtaliya Mülki Aviasiya Agentliyi (ENAV) ilə keçirdikləri son görüşdə bu sektorda fəaliyyət göstərən insanların üzləşdikləri problemlərə aydın cavab ala bilmədiklərini əsas gətirərək tətil etmək qərarına gəliblər.
Tətil səbəbindən paytaxt Romadakı “Fiumicino” beynəlxalq hava limanında 150-dək, ölkənin ikinci ən böyük şəhəri olan Milandakı “Linate” aeroportunda bir çox aviareys ləğv edilib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [19:46]
İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]
N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz
- 28.03.2024 [18:31]
Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib
- 28.03.2024 [18:26]
Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb
- 28.03.2024 [17:20]