DÜNYA


İtaliyada avtomobil istehsal edən şirkətin prezidenti və baş direktoru həbs edilib

Roma, 16 mart, AZƏRTAC

İtaliyanın avtomobil istehsalçısı “Blutec” şirkətinin prezidenti və baş direktoru həbs edilib.

AZƏRTAC İtaliyanın “ilmessaggero.it” saytına istinadla xəbər verir ki, maşınqayırma şirkətinin prezidenti Roberto Cinatta və baş direktoru Kozimo di Kursi dövlətdən külli miqdarda pul mənimsəmə ittihamı ilə həbs olunaraq ev dustaqlığına məhkum ediliblər.

Polis həbs olunan şəxslərin ümumi məbləği təxminən 16,5 milyon avro məbləğində olan aktivini dondurub. Şirkətin aktivlərini müsadirə edib.

Qeyd edək ki, “Blutec” şirkəti İtaliyanın Siciliya adasındakı Termini-İmpereze bölgəsində yerləşən “FİAT”ın keçmiş zavodunu almışdı.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.